Show

20 Oktyabr

BSC MMC VAKANSİYA elan edir

26 illik təcrübəyə malik “Business Service Centre" MMC şirkəti, öz komandasına yeni layihələrdə iştirak etməyə marağlı olan Baş Mühasib axtarışındadır. Özünə güvənən və peşəkar bacarığa malik namizədlərin müraciətlərini gözləyirik. 

Fins.az xəbər verir ki, “Business Service Centre" MMC şirkəti vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Baş mühasib - (Konsaltinq) 2500-3000 AZN 
· Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
· Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
· Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;
· Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
· Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
· Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;
· Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
· Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
· Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;

Tələblər:
· İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr) 
· Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı;
· Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür;
· MS Office - Excel, 1C proqramları bacarığı;
·  Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
· Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
· Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
· Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
· Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, 
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Baş mühasib” yazaraq [email protected] mail ünvanına göndərilməsi xahiş olunur.

 Əlaqə nömrəsi: +99470 493 32 03