Show

19 Oktyabr

Solis Pharma VAKANSİYA elan edir

Solis Pharma tibbi nümayəndə vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Solis Pharma vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Namizədə tələblər:

  • İntizamlı, məsuliyyətli, səliqəli və xoş zahiri görünüş
  • Ali və ya orta təhsil
  • Yaş həddi 20-40
  • Mehriban və ünsiyyət qurma bacarığı
  • Komandada işləmə bacarığı
  • Səlis nitq qabiliyyəti, təqdimat aparmaq bacarığı -Çeviklik və işgüzarlıq
  • İş təcrübəsi önəmli deyil

İş barədə məlumat:

  • Gündəlik tibb və əczaçılıq müəssisələrini ziyarət etmək
  • Şirkətin məhsullarını tibbi və əczaçılıq müəssisələrində həkim və əczaçılara tanıtmaq
  • Təqdim edilən məhsullara olan tələbatı öyrənmək
  • Bölgədə satış dinamikasını izləmək
  • Görülən işlər barədə gündəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək
  • Şirkətdə verilmiş təlimatları və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
  • Tələb olunan klassik geyim formasına uymaq
  • Mütəmadi olaraq şirkətimiz tərəfindən keçirilən tibbi və marketinq treninqlərində iştirak etmək
  • Stabil əməkhaqqı, mükafat (premya) və ödənişli məzuniyyət
  • Kariyerada yüksəliş, nəticələrinə (satışa) uyğun maaş artımı və mükafat (premya)
  • İldə iki dəfə maaş artımı
  • Aylıq məvacib 500-1500 AZN (iş təcrübəsindən, stajdan və potensialdan asılı olaraq)
  • İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:00-dan - 16:00-dək -Bakı, Naxçıvan və Azərbaycanın digər regionlarında qeyd olunan vakansiya mövcuddur

Qeyd: CV-lərinizi zəhmət olmasa email adresimizə göndərin. Xahiş olunur CV və ya email göndərərkən işləmək İstədiyiniz bölgə barədə başlıq hissəsində qeyd edin. ([email protected])

Murad Abdullayev
​Fins.az