Show

19 Oktyabr

Puva Construction VAKANSİYA elan edir

Puva Construction daxili satınalma üzrə mütəxəssis vakansiya elan edir. 

Fins.az xəbər verir ki, Puva Construction vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə öhdəlikləri:

  • Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Yeni təchizatçıların tapılması və qiymət, keyfiyyət uyğunluğunun təmin edilməsi;
  • Tədarükçü şirkətlərlə danışıqların aparılması ;
  • Satınalma prosesinin prosedurlara uyğun həyata keçirilməsi;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  • Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
  • Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması.
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Satınalma prosedurunu bilmək;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Daxili bazarı tanımaq.

İş yeri: Bakı şəh., Təbriz küçəsi 79

İş qrafiki: I -V günlər

İş saatı: 09:00-dan 18:00-a 

Koorporativ nömrə ilə təmin olunur.

Əmək haqqı: namizəddən asılı olaraq razılaşma yolu ilə

Tələblərə cavab verən namizədlərdən  mövzu başlığına “Daxili satınalma üzrə mütəxəssis” adını qeyd edərək e-mail ünvanına CV-ni göndərməkləri xahiş olunur. 

Murad Abdullayev
​Fins.az