Show

18 Oktyabr

StudyLab VAKANSİYA elan edir

StudyLab xaricdə Təhsil üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, StudyLab  vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Türkiyə, Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya və digər xarici ölkələrdə dil kursları, ali məktəbə hazırlıq proqramları, bakalavr, magistratura və doktorantura təhsili daxil olmaqla, müştərilər üçün xaricdə ən münasib və uyğun təhsil proqramları seçmək, ilkin məsləhətləşmələr vasitəsilə, müraciət edən şəxsləri (potensial müştəriləri) həqiqi müştərilərə çevirmək.

İş barədə məlumat:

  • Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət);
  • Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək;
  • Xaricdə təhsil xidmətləri ilə bağlı Müştəri müraciətlərini qəbul etmək və onlara konsultasiya xidmətləri göstərmək;
  • Xarici universitetləri ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək;
  • Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək;
  • Valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlara icra edilən işlər haqqında məlumatlar vermək;
  • Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;
  • Rəhbərlik tərəfindən təsdiq edilmiş Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək
  • Ölkə üzrə/ Xaricdə keçirilən tədbirlərdə StudyLab şirkətini təmsil etmək;

Namizədə tələblər:

  • İngilis dilini yüksək səviyyədə bilməlidir (min İntermediate)
  • Sorğuların operativ cavablandırılması qabiliyyəti
  • Güclü araşdırma qabiliyyəti/ Satış bacarığı
  • Xaricdə təhsil üzrə iş təcrübəsi (min 2 il)

Şərtlər:

  • Ödəniş: Əmək haqqı -  1500 AZN + Rüblük Bonus
  • Bazar ertəsi – Cümə 09:30 -18:00  / Şənbə 10:00  - 16:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi 
  • “StudyLab” Mərkəz Ofis / Ünvan:  Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Maraqlanan namizədlər mövzu yerində “Xaricdə Təhsil üzrə Baş Mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilər. ([email protected]) (Cover letter arzuolunandır)

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar!

CV-in son göndərilmə tarixi: 10 Noyabr 2023.

Murad Abdullayev
Fins.az