Show

18 Oktyabr

SF Azərbaycan BOKT VAKANSİYA elan edir

SF Azərbaycan BOKT telemarketinq və satış üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, SF Azərbaycan BOKT vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Tələblər:

  • Telesatış sahəsində ən az 2 il iş təcrübəsi olan;
  • Telesatış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan;
  • Münaqişələrə kreativ həll yolu tapan;
  • Analitik bacarığı olan;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
  • Güclü kommunikativ qabiliyyətə sahib olan;
  • Kompüter və MS Office proqram bilikləri yüksək səviyyədə bilən;

Vəzifə öhdəlikləri:

  • Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, əməkdaşların təliminin təşkili; yeni əməkdaşlara işin əsaslarının izahı; operatorların iş keyfiyyətinə nəzarət;
  • Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmilləşdirilməsi;
  • Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
  • İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;
  • Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak;İmtiyazlar: 

Biz sizə nə təklif edirik:

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi;

İş vaxtı: 3 (üç) növbəli iş rejimi (09:00-dan 18:00-dək; 10:00-dan 19:00-dək; 11:00-dan 20:00-dək);

Əmək haqqı: 1000 azn (net) + KPİ bonus;

Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini linkə keçid edərək yerləşdirsinlər. 

Murad Abdullayev
Fins.az