Show

17 Oktyabr

GETCO Trainings VAKANSİYA elan edir

GETCO Trainings Mən HR olmaq istəyirəm adlı Beynəlxalq Master Klass üçün müraciəti açıq elan edir.

Fins.az bu proqram barədə xəbər verir.

Karyerasına İnsan Resursları sahəsində başlamaq istəyənlər üçün Azərbaycanda möhtəşəm platforma. 

Master Klass iştirak edən bütün iştirakçılara 2 günlük proqram sonunda İngiltərədə akkreditasiya olunmuş beynəlxalq təşkilat tərəfindən rəsmi beynəlxalq sertifikatla təqdim ediləcək.

Master Klassın keçiriləcəyi tarix: 11-12 Noyabr

Keçirilmə saatları: 2 fərqli qrup mövcuddur.

I qrup:

  • Şənbə günü (11 Noyabr) 10:00-15:00
  • Bazar günü (12 Noyabr) 10:00-15:00

II qrup:

  • Şənbə günü (11 Noyabr) 16:00-20:00
  • Bazar günü (12 Noyabr) 16:00-20:00

Keçirildiyi məkan: Sahil Otel

Master Klassda kimlər iştirak edə bilər?

  • Karyerasını HR sahəsində qurmaq istəyən şəxslər
  • HR sahəsində fəaliyyət göstərən şəxslər;
  • Magistr təhsilini HR sahəsində davam etdirən və bitirənlər
  • A-dan Z-yə hər kəs

Əhatə olunacaq mövzular:

  • Şirkətin idarəetmə strukturunun təşkili və formalaşdırılması
  • HRM əsas funksiya və vəzifələri
  • İşə qəbul metodları: Recruiting, Researching, Head hunting
  • İşə qəbulun rəsmiləşdirilməsi
  • İş analizinin planlaşdırılması və aparılması qaydası
  • Məzuniyyət və onun növləri
  • Personalın adaptasiya planı və adaptasiya proqramı
  • Mentorluq və kouç sistemi
  • Karyera modelləri
  • Əsas performans göstəriciləri (KPI) və yaratdıqları dəyərə görə işçilərin qiymətləndirilməsi
  • İşçilərin motivasiyası və tənbeh edilməsi mexanizmi
  • İşçilərin mükafatlandırılmasında rəhbərlərin və HR departamentinin rolu

Master Klassın ödənişi: 100 AZN

Master Klassda bilet əldə etmək üçün qeydiyyatdan keçməyiniz xahiş olunur - //bit.ly/3Qedkkw

Son müraciət tarixi: 07 Noyabr

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Murad Abdullayev
Fins.az