Show

16 Oktyabr

Bank Respublika ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC Daxili Audit Departamentinə Auditor/Aparıcı auditor vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, bank vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Ümumi vəzifə öhdəlikləri:

  • Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
  • Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
  • Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahəmin risk təhlilini həyata keçirmək;
  • Proseslərin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadi və ya hüquqi);
  • Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
  • Excel proqramında işləmək bacarığı;
  • Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Auditor/Aparıcı auditor şəklində qeyd etməklə 30 oktyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.