Show

16 Oktyabr

Dövlət qurumu VAKANSİYA elan edir

Dövlət qurumu elektronika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, dövlət qurumu vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və  ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin,  şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; 
  • Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
  • Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin  layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
  • Layihənin müvafiq olaraq, zəif-axın sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək; 
  • Layihəçi şirkətlər tərəfindən tamamlanmış zəif-axın sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini  və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
  • Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək.

Namizədə dair tələblər:

  • Elektronika mühəndisliyi üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA 
  • Yanğın siqnalizasiya sisteminin layihələndirilməsi, qurulması və yanğın ssenarisinin tərtib olunması;
  • Səsli həyəcan xəbərdarlıq sistemlərinin layihələndirilməsi və qurulması;
  • İKT (İCT) sistemlərinin layihələndirilməsi və qurulmasına texniki nəzarət;
  • Security sistemlərinin (Kamera CCTV, Access control, interkom və s.);
  • Multimedia sistemlərinin layihələndirilməsi və qurulması, avtomobil park idarəetmə sisteminin və avtomatikasının layihələndirməsi və qurulması;
  • BMS-in qurulması üzrə biliklər.

Əmək şəraiti:

  • İş rejimi: 5 gün, 09:00 – 18:00
  • Əmək haqqı: 2026 AZN (net) və ildə 3 dəfə əmək haqqı miqdarında mükafat.
  • Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.([email protected])

Murad Abdullayev
Fins.az