Show

16 Oktyabr

Super Toys VAKANSİYA elan edir

Super Toys baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Super Toys vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

İş barədə məlumat:

  • İşə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
  • Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət etmək
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək
  • Mağazalarda sayımlara, kassalara nəzarət etmək və üzləşmələrin aparılması
  • İnternet banking, internet vergi idarəsi ilə işləmək

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • İş təcrübəsi müvafiq sahə üzrə minimum 3 il
  • Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini bilmək arzuolunandır
  • Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək
  • Operativ işləmək bacarığı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Maaş 1500-2000 azn

Əlavə olaraq şirkət Konsaltinq şirkəti ilə əməkdaşlıq edir.

Maraqlanan şəxslər CV formalarını vakansiyanın adını mövzu bölməsində qeyd edərək göndərə bilərlər. ([email protected])

Murad Abdullayev
Fins.az