Show

12 Oktyabr

Bank Respublika ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC Sistem analitiki vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, bank vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Ümumi vəzifə öhdəlikləri:

  • Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların tərtibi;
  • Proqram təminatının funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
  • Proqram təminatının daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətinə nəzarət;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
  • Daxili hesabatların hazırlanması və onların təhlili.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Analitika sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
  • BPMN bilikləri;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
  • Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
  • SQL bilikləri arzuolunandır;
  • API baza bilikləri arzuolunandır;
  • Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
  • Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxmaq bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Sistem analitiki qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.