Show

12 Oktyabr

Bank Respublika ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC Mobil tətbiqlər üzrə tester vəzifəsinə vakansiya elan edir.

Fins.az xəbər verir ki, bank vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
  • Mobil tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
  • Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Mobil tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
  • API baza bilikləri arzuolunandır;
  • Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
  • Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Mobil tətbiqlər üzrə tester qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.