Show

12 Oktyabr

Unitrade Group MMC VAKANSİYA elan edir

"Unitrade Group MMC" audit üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, şirkət vakansiya ilə bağlı öhdəliklər və tələblərini açıqlayıb.

Əsas vəzifə öhdəlikləri:

  • Audit obyektlərinin həcmini müəyyən etmək;

  • Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;

  • Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;

  • Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;

  • Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;

  • Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;

  • Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;

  • Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.

  • Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;

  • Bütün növ iş sənədlərinin qorunub saxlanılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Daxili audit qaydalarını bilməli;

  • İqtisadi sahədə qanunvericiliyi bilməli;

  • Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Mühasibat uçotu və audit, idarəçilik, iqtisadiyyat, maliyyə);

  • İş təcrübəsi: ən azı 3 il (Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə);

  • Distribusiya sahəsində təcrübə mütləqdir

  • Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;

  • 1C, Micro proqramları ilə işləmək bacarığı;

  • Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili arzuolunan;

  • Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;

  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı

  • Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;

  • Analitik və ünsiyyət qurma bacarığı;

  • Kompüter bilikləri: MS Office.

İş qrafiki:

  • Həftədə 5 gün, 09:00-dan 18:00-dək

  • Əmək haqqı: Müsahibə əsasında

  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

İş yeri: 

  • Koroğlu m., Anbarım      

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Audit üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. ([email protected] )