Show

06 Oktyabr

Azercell işçi axtarır - VAKANSİYA

Mobil operator olan “Azercell Telekom” MMC B2B/ Xüsusi Əhəmiyyətli Şirkətlərə Satış üzrə Koordinator üzrə vakansiya elan edib.

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.

Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;

  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;

  • Davamlı karyera inkişafı imkanları;

  • Təlim və fərdi inkişaf proqramları;

  • Rəqabətli əmək haqqı;

  • Bonus ödənişi;

  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil);

  • Korporativ telefon və nömrə ilə təmin olunma;

  • Limitsiz Azeronline Internet Paketi;

  • Əlavə güzəşt və endirimlər.

Bu komanda daxilində siz müxtəlif şirkətlərlə əməkdaşlıq edəcək, şirkətimizi və məhsullarımızı korporativ müştərilərə təqdim edəcək və satışla bağlı danışıqlarda iştirak edəcəksiniz.

İş yeri: Port Baku

Korporativ seqment üzrə şirkət satışlarının artırılması üçün əsas vəzifə öhdəliklərinə aşağıdakılar daxildir:

  • Yeni korporativ müştərilər əldə etmək və onlarla birbaşa əlaqə qurmaq;

  • Mövcud xidmətləri,təklifləri,məhsulları və həlləri korporativ müştərilərə təqdim etmək;

  • Şirkətlərin borclarının azaldılmasını təmin etmək;

  • Müştəri seqmentləri üzrə kontakt strategiyasının idarə edilməsi;

  • Biznes,Satış və Gəlir təhlillərinin aparılması;

  • Şirkətlər haqqında ətraflı məlumat toplanması, yoxlanması və nəzarət edilməsi.

Tələb olunan Bacarıq və Təcrübə:

  • Ali Təhsil;

  • Satış sahəsi üzrə minimum 2 il təcrübə;

  • Sürücülük vəsiqəsi (B kateqoriyası).

Dil bilikləri: Azərbaycan, rus dili - səlis, ingilis dili - yuxarı səviyyədə.

  • Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;

  • Telekommunikasiya sahəsi daxilində yüksək səviyyəli əlaqələr və şəbəkələr qurmaq və qoruyub saxlamaq;

  • Yüksək Təqdimat bacarıqları;

  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;

  • Müştəriyə Yönümlülük.

Arzu olunan Bacarıqlar:

  • Komandada işləmək bacarıqları;

  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması;

  • Nəzarət etmək qabiliyyəti;

  • Qərarvermə qabiliyyəti;

  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;

  • Yekun nəticəyə yönəlmə bacarığı;

  • Yüksək qavrama və analitik təhlil bacarıqları.

Müraciət üçün linkə keçid edə bilərsiniz.