PASHA Bank Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Assistentt vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.
İşiniz nədən ibarətdir?
- İdarə Heyətinin müvafiq üzvünün gündəlik iş və görüşlərinin təşkilini fəal surətdə idarə edir və bütün görüşlərin qüsursuz şəkildə keçirilməsini təmin edilməsi;
- İdarə Heyətinin müvafiq üzvünün bütün biznes tələblərinin qənaətbəxş şəkildə həyata keçirilməsi üçün digər işçi heyəti və struktur vahidləri ilə əlaqələrin qurulmasının təmin edilməsi;
- Müvafiq kurasiya üzrə qərarlarının, tapşırıqlarının icrası barədə hesabatın verilməsi;
- İdarə Heyətinin müvafiq üzvünün qonaqlarının (müştərilərin) müvafiq surətdə qarşılanması və hər zaman bankın nüfuzunun yaxşı şəkildə təqdim olunmasının təmin edilməsi;
- Kargüzarlıq və sənəd dövriyyəsi işinə dəstək göstərilməsi;
- İdarə Heyətinin müvafiq üzvünün gündəlik və səyahət səfərlərinin təşkil edilməsində fəal surətdə iştirak edir və bu zaman vaxt və xərcləri effektiv şəkildə idarəedilməsin təmin edilməsi;
- Sənədlərin İdarə Heyətinin müvafiq üzvünə imza üçün təqdim edilməsi, bu zaman zəruri məlumatların mövcudluğunun təmin edilməsi (əks halda müvafiq tərəflərdən dəstəkləyici sənədlərin sorğulanması) və onların yenidən müvafiq şəxslərə ötürülməsi;
- İdarə Heyətinin müvafiq üzvü və menecer tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və həyata keçirilməsi;
- Idarə Heyətinin üzvü tabeçiliyində olan struktur bölmələrinə inzibati dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: 1-3 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
Müraciət üçün linkə keçid edin!