Access Bank Kiçik, Orta və Korporativ Müştərilər üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
- Müştərilərlə əlaqələrin qurulması və cəlb edilməsi;
- Müştərilər ilə güvənli və uzun müddətli əməkdaşlıq qurmaq;
- Müştəri biznesinin maliyyə təhlili və ilkin qiymətləndirilməsi;
- Kredit və qeyri-kredit məhsullardan istifadə edən müştərilərdən ibarət keyfiyyətli portfelin formalaşdırılması;
- Bazar dinamikası və biznes təmayülləri barədə xəbərdar olmaq;
- Departament tərəfindən qoyulan bütün vəzifələrin yerinə yetirilməsi;
- Analitik düşüncə və ünsiyyət qurma qabiliyyəti.
Tələblər:
- Bank, Maliyyə və İqtisadiyyat sahəsində bakalavr təhsili;
- KOBM sahəsində ən azı 1 il iş təcrübəsi;
- Analitik düşünmə və riyazi təhlil qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləyə bilmə bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (Rus dili biliyinə üstünlük verilir).
Müraciət üçün linkə keçid edin.