Show

26 Sentyabr

"Azərbaycan Hava Yolları" QSC VAKANSİYA elan edir

"Azərbaycan Hava Yolları" QSC PR və Kommunikasiya İdarəsinin Mətbuat Xidmətinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə,  vakansiya ilə bağlı öhdəlik və tələbləri təqdim olunub.
Vəzifə öhdəlikləri:  
  • Mətbuatla iş və 24/7 monitorinq;
  • Media ilə bağlı kommunikasiya planının hazırlanması;
  • Medianın iştirakı ilə tədbirlər planı və tədbirlərin təşkili;
  • Media monitorinqi və hesabatların hazırlanması;
  • Böhran vəziyyətlərdən çevik çıxış və böhranın həlli;
  • Press reliz, məqalə, çıxışların ümumi strategiyaya uyğun şəkildə hazırlanması (ENG, AZ, RUS);

Tələblər:

  • Ali təhsil;
  • Xaricdə təhsil arzuolunandır;
  • Jurnalistika və media sahəsində minimum 10 il iş təcrübəsi;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Müxtəlif peşə kvalifikasiyalarına malik olmaq arzuolunandır;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla), Rus (əla).

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar qeyri-iş günüdür;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
    Müraciət üçün linkə keçid edin.