Show

13 Sentyabr

Azercell işçi axtarır - VAKANSİYA

Mobil operator olan “Azercell Telekom” MMC B2B/ Xüsusi Əhəmiyyətli Şirkətlərə Satış üzrə Koordinator üzrə vakansiya elan edib.

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.

Öhdəliklər

Yeni korporativ müştərilər əldə etmək və onlarla birbaşa əlaqə qurmaq;
Mövcud xidmətləri,təklifləri,məhsulları və həlləri korporativ müştərilərə təqdim etmək;
Şirkətlərin borclarının azaldılmasını təmin etmək;
Müştəri seqmentləri üzrə kontakt strategiyasının idarə edilməsi;
Biznes,Satış və Gəlir təhlillərinin aparılması;
Şirkətlər haqqında ətraflı məlumat toplanması, yoxlanması və nəzarət edilməsi.

Tələblər

Ali Təhsil;
Satış sahəsi üzrə minimum 2 il təcrübə;
Sürücülük vəsiqəsi (B kateqoriyası).
Dil bilikləri: Azərbaycan, rus dili - səlis, ingilis dili - yuxarı səviyyədə.
Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Telekommunikasiya sahəsi daxilində yüksək səviyyəli əlaqələr və şəbəkələr qurmaq və qoruyub saxlamaq;
Yüksək Təqdimat bacarıqları;
Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
Müştəriyə Yönümlülük.

Fuad Mədətov
Fins.az