Show

21 Avqust

"Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC İnsan Resursları Departamentində Mükafat və Müavinətlərin təhlili və icrası şöbəsinin baş mütəxəssis/meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud mükafat və müavinət proqramları, siyasət və prosedurların mütəmadi qiymətləndirilməsi və dəyişdirilməsinə dair təkliflərin verilməsi;
  • Yeni mükafat və müavinət proqramları, habelə aidiyyəti struktur bölmə ilə birgə siyasət və prosedurlarının hazırlanması və həyata keçirilməsi;
  • Məvacib strukturunun qurulması və idarə edilməsi;
  • Mükafat və müavinət planlarının biznes strukturlarla qarşılıqlı müzakirəsi və razılaşdırılması;
  • İşçilərin vəzifə və əmək haqqı artımlarının illik plan əsasında təşkili və icrasına nəzarət;
  • Büdcə, hesabat və təqdimatların hazırlanması;
  • Bankın mükafatlandırma siyasətlərinin rəqabətədavamlı olmasını təmin etmək üçün müvafiq müavinət məlumatlarının nəzərdən keçirilməsi;
  • Mükafat və müavinət üzrə sorğuların təşkili və nəticələrin təhlili;
  • Mükafat, əməkhaqqı və digər ödənişlərlə bağlı müxtəlif hesabatların hazırlanması;
  • Bankın inkişafı üçün gələcək tendensiyaların proqnozlaşdırılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, riyazi və ya iqtisadi sahələr üzrə);
  • İnsan resursları sahəsi üzrə minimum 3 il iş təcrübəsi arzuolunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
  • Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Güclü təqdimat bacarığı;
  • Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
  • Operativlik, dəqiqlik və məsuliyyətlilik;
  • Yüksək səviyyədə idarəetmə, planlama və icraçılıq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 avqust 2023-cü il tarixinədək email-in mövzu hissəsində Mükafat və Müavinətlərin təhlili və icrası şöbəsinin baş mütəxəssis/meneceri qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlilərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.