Show

20 İyul

ABB VAKANSİYA elan edir

ABB Texnologiya və arxitektura sahəsinin Tədqiqat və inkişaf üzrə baş mühəndisi vəzifəsinə vakansiya elan edir.

 

Fins.az-ın məlumatına görə, bankdan vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələblər təqdim olunub.

Görəcəyiniz işlər: 

Bank sahəsi ilə bağlı yeni texnologiyaların, tendensiyaların və ən yaxşı təcrübələrin tədqiqatını və təhlilini aparmaq;
Yeni və innovativ texnologiyalardan istifadə etməklə bankın məhsullarını, xidmətlərini və əməliyyatlarını təkmilləşdirmə imkanlarını müəyyən etmək;
Bankın tələb və məqsədlərinə cavab verən yeni texnoloji həllər və sistemlərin layihələndirilməsi və proqramlaşdırılması;
Mühəndislər arasında olan texniki dizayn və proqramlaşdırma fəaliyyətlərinə rəhbərlik etmək;
Tələbləri müəyyən etmək və komandanın yüksək keyfiyyətli nəticələr əldə etməsini təmin etmək üçün şöbələr və digər iştirakçı tərəflərlə aktiv işləmək;
Dünyada texnologiya sahəsində baş verən tendensiyalardan və effektiv təcrübələrdən xəbərdar olmaq;
Gənc mühəndislərə mentorluq və kouçluq etmək;
Yeni texnologiyanın mənimsənilməsi və tətbiqi üçün tövsiyələr verməkdir.

Bizim üçün uyğun namizəd:

Qeyd olunan sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
Ali təhsili (kompüter elmləri, mühəndis və əlaqəli sahələrdə olan ixtisaslara üstünlük verilir);
Java, Python və ya digər proqramlaşdırma dilləri üzrə bilikləri;
Databazalarla işləmə (SQL, NoSQL) – Oracle, MongoDB, Redis və ya digər;
RESTful və SOAP API-lar üzrə bilikləri;
Web texnologiyalarında təcrübə və biliklər (arzuolunandır) – React, Typescript, NodeJS;
Machine learning və AI sahəsində bilikləri (arzuolunandır);
Blockchain texnologiyaları sahəsində müəyyən bilik və təcrübə (arzuolunandır);
Texniki dokumentasiyaları oxuma və yazma qabiliyyəti olan;
Docker-la işləmə bilikləri, JIRA, Git ilə işləmə qabiliyyəti;
Agile yanaşması ilə işləmə bacarığı olan namizəddir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.