Show

13 İyul

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank ödəniş sistemləri şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Ödəniş sistemləri və sürətli pul köçürmələri sistemləri üzrə proqram təminatının istifadəçilərin kompüterlərində quraşdırılmasını təmin etmək;
Bankın struktur bölmələrində ödəniş sistemləri və sürətli pul köçürmələri sistemləri üzrə texniki işləri yerinə yetirmək;
Ödəniş sistemlərinə aid kompüter avadanlıqları və proqram təminatlarına texniki xidmət göstərmək və yaranmış qüsurları aradan qaldırmaq;
Mərkəzi Bankın Bank sertifikat xidmətləri mərkəzinin (BSXM) elektron imzalarının bankda tətbiqi və istifadəsi ilə bağlı işləri yerinə yetirmək;
Ödəniş sistemlərinin daimi işlək vəziyyət olmasını təmin etmək;
Ödəniş sistemlərinin bankın daxili qaydaları və əmrləri əsasında təhlükəsiz fəaliyyətini təmin etmək.

Tələblər:

Ali təhsil (texniki təhsil arzu olunandır);
Azərbaycan (mükəmməl), Rus və İngilis (texniki) dilləri bilikləri;
İT sahəsində 2 ildən artıq iş təcrübəsi (bank sahəsində iş təcrübəsi arzu olunandır);
Sürətli pul köçürmələri (WU, Zoltaya Korona və s.) sistemləri üzrə texniki biliklər və təcrübə;
Ödəniş sistemləri üzrə (SWIFT, AZIPS, XÖHKS və s.) ümumi biliklər;
Yeni biliklərin öyrənilməsi və tətbiqi bacarığı;
Diqqətlilik və yüksək məsuliyyət;
Komandada işləmək bacarığı.