Show

23 İyun

TuranBank VAKANSİYA elan edir

"TuranBank" CRM - birbaşa satışlar üzrə kiçik mütəxəssis/mütəxəssis  vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Şəhər: Bakı,Sumqayıt, Xaçmaz, Göyçay, Tovuz, Qazax, Ağstafa, Gəncə, Xırdalan, Zaqatala, Cəlilabad, Ağcabədi.

Vəzifəyə olan tələblər:

Ali təhsil;
Yaş həddi: 21-28
Problemi həll etmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik;
Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;

Vəzifə öhdəlikləri:

Qoyulmuş hədəflərin icrası;
Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;
Direkt marketinq işinin təşkili;
Məhsulların təqdimatı;
Müştərinin maliyyə analizini həyata keçirmək;
Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
Komanda ilə işləmək bacarığı;
Bu iş sizə nə qazandıracaq:

Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
Satış sahəsində özünüzü inkişaf etdirmə imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Satış həcminə uyğun olaraq əmək haqqına əlavə bonus;
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Birbaşa satış üzrə mütəxəssis/kiçik mütəxəssis” yazmağı unutmayın.