Show

19 May

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank Kiçik İR Biznes Patrnyor (Müvəqqəti) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

İşiniz nədən ibarətdir?

Vəzifə təlimatların hazırlanması və saxlanılması
İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, kadr seçimi zamanı menecer ilə tərəfdaşlıq 
Əməkhaqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə edilməsində iştirak
Əməkdaşların inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları təhlilinin (DNA) düzgün aparılması üçün birbaşa rəhbərin istiqamətləndirilməsi
Fəaliyyət qiymətləndirməsi prosesinin idarə edilməsi: hədəflərin təyini, yarım illik baxış, 360 qiymətləndirmə, illik qiymətləndirmə və mükafatlandırma
Əmək münasibətləri məsələlərinin həll edilməsi
Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və sənədləşmədə kömək etmək
İR layihələrində aktiv iştirak etmək
Strateji işçi qüvvəsinin qiymətləndirilməsi / seçimi / irəli çəkilməsi məqsədilə daxili və xarici namizədlər üçün qiymətləndirmə mərkəzi və vasitəsindən istifadə etmək

Sizdən nə tələb olunur?

Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
Tələb olunan iş təcrübəsi: minimum 1 il (işə qəbul, təlim və ya digər İR sahələri)
Xarici dillər: İngilis (səlis), rus (səlis)
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Bütün İR transformasiya prosesləri (İşə qəbul, Fəaliyyətin qiymətləndirilməsi, Təlim və İnkişaf, Güzəşt və Mənfəət)
Bazar üzrə biliklər: Əmək məcəlləsi
Başqa tələblər: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.