Xalq Bank maliyyə nəzarəti və bankxarici hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi üzrə vakansiya elan edir.
Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Namizədə dair tələblər:
- Ali magistr təhsili və maliyyə üzrə sertifikasiyası (Maliyyə və İqtisad arzuolunandır);
- Müvafiq sahədə bank təcrübəsi arzuolunandır;
- Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;
- Məsuliyyət və dəqiqlik;
- MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
- Təhliletmə və hesabat tərtib etmə bacarığı olmalı;
- Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
İşin təsviri:
- Mərkəzi Banka gündəlik hesabatların hazırlanması;
- Tədiyyə balansı, qabaqcadan ödənişlər hesabatı hazırlamaq və aidiyyəti dövlət orqanına təqdim etmək;
- Bank üzrə ümumi statistika hesabatı hazırlamaq ;
- Şöbə, idarə rəisinin müavini və idarə rəisinin şöbənin, habelə idarənin fəaliyyəti ilə əlaqədar ona tapşırdığı işləri yerinə yetirmək;
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34