VTB Bank mikro kreditlərin monitorinqi üzrə mütəxəssis müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Tələblər:
- Bank, BOKT, reytinq agentliyi və ya digər maliyyə institutlarında iş təcrübəsi;
- Bank kreditləşdirilməsi sahəsində biliklər, maliyyə, kredit və portfel təhlilinin aparılması;
- Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin biznes obyektlərinin təhlili sahəsində yüksək biliyə sahib olmaq;
- Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ aktlarına bələd olma;
- Azərbaycan dilində səlis danışmaq (rus dili arzuolunandır);
- Məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.
Vəzifələri:
- Bankın mikro kredit portfelinin müntəzəm olaraq monitorinq edilməsi;
- Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabtların hazırlanması;
- Kreditləşmə lahiyəsində risklərin azaldılması, qarşısının alınması və ya minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
- Müştərilərin maliyyə vəziyyəti ilə bağlı risklərin təhlili;
- Müştərilərin kreditləşdirilməsinin limitlərinin hesablanması, Mərkəzi Kredit Reyestri ilə iş;
- Borcalanların yoxlanması/təhlili (telefonla, internet resurslar, biznes subyektinə birbaşa baxış keçirilməsi).
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).