''Xalq'' Bank informasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi üzrə vakansiya elan edir.
Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Namizədə dair tələblər:
- Müvafiq sahədə Ali təhsilin olması;
- UNIX/Linux əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
- Windows əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
- Virtuallaşma və konteyner sahəsində təcrübəsi (VMware, Docker və s.);
- Şəbəkə bilikləri (OSI, TCP/IP, SDN və s.);
- Veb texnologiyaları sahəsində iş təcrübə (veb həllər, veb xidmətlər və s. );
- Skript bacarıqları (bash shell, Python və s.);
- Antivirus, EDR, XDR sahəsində iş təcrübəsi;
- WAF və digər təhlükəsizlik divarı həlləri ilə iş təcrübəsi;
- Kiber təhlükəsizlik sistemlərinin qurulması sahəsində təcrübə;
- Autentifikasiya sistemləri, logların idarə edilməsi, məzmunun filtrasiyası sahəsində iş təcrübəsi;
- Verilənlər bazası və əməliyyat sistemlərinin təhlükəsizliyi haqqında ətraflı texniki biliklər;
- Ən son təhlükəsizlik prinsiplərini, texnikalarını və protokollarını hərtərəfli başa düşmək;
- Problem həll etmə və təzyiq altında işləmək bacarığı.
İşin təsviri:
- Kompüter sistemlərinin, şəbəkələrin və məlumatlarının mühafizəsi üçün təhlükəsizlik tədbirlərinin hazərlanması, həyata keçirilməsi və izlənməsi;
- Sistemlər üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi;
- Kompüter təhlükəsizlik arxitekturası və ətraflı kibertəhlükəsizlik dizaynlarının hazırlanması;
- Standart əməliyyat prosedurlarının və protokollarının hazırlanması və sənədləşdirilməsi;
- Təhlükəsizlik zəifliklərini azaltmağa və təkrarlanan tapşırıqları avtomatlaşdırmağa kömək etmək üçün texniki həllər və yeni təhlükəsizlik alətlərinin hazırlanması;
- Təhlükəsizliyin inkişafı və təkmilləşdirilməsi üçün araşdırmalara əsaslanan və özündə əldə edilmiş məlumatları, nəticələri və təklifləri ehtiva edən hesabatların hazırlanması.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34