“Kapital Bank” ASC namizədləri Ünvanda təqib şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Öhdəliklər:
- Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyat , faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;
- Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi.
Tələblər:
- Danışıq qabiliyyətinin yüksək olması
- Kompyuterdə işləmək bacarığı
- Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı
- Dəqiqlik
- Ünsiyyət bacarığı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.