“Kapital Bank” ASC namizədləri Problemli kreditlərin hüquqi təqibi departamentinin İcra orqanları ilə iş şöbəsində Hüquqşünas vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Öhdəliklər
- Problemli kreditlərlə bağlı məhkəmə və digər orqanların qərarlarının icrasını təmin etmək;
- İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində Bankı nümayəndə qismində təmsil etmək;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.
Tələblər
- Ali təhsil (ixtisas – hüquqşünas);
- Ünsiyyətqurma bacarığı;
- Dəqiqlik;
- Təmkinlilik.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.