“Kapital Bank” ASC namizədləri Pərakəndə satış departamentinin Birbaşa satış və xidmət şöbəsinin Yerində xidmət bölməsində kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Öhdəliklər
• Bankla partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
• Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
• Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, rəsmiləşdirilməsi və ya Bankın filiallarına yönləndirilməsi;
• Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
• Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
• Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər
• Ali təhsil;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Microsoft Office proqramları üzrə biliklər;
• Müştərilərlə danışma və satış qabiliyyəti;
• Məsuliyyətlilik, dəqiqlik və operativlik;
• Təzyiq altında işləmə qabiliyyəti;
• Qərar qəbuletmə bacarığı;
• Kollektivdə işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.