“Kapital Bank” ASC namizədləri Pərakəndə satış departamentinin Birbaşa satış və xidmət şöbəsinin Birbaşa satışlar bölməsində Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vakansiya ilə bağlı bankdan Fins.Az-a verilən məlumata görə, öhdəliklər və tələblər təqdim olunub.
Öhdəliklər
- Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
· Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
· Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;
· Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
· Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, Bankın filiallarına yönləndirilməsi;
· Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
· Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər
- Ali təhsil;
· Məsuliyyətlilik;
· Operativlik;
· Qərar qəbuletmə bacarığı;
· Kollektivdə işləmə bacarığı;
· Müştərilərlə danışma qabiliyyəti;
· Microsoft Office proqramları üzrə biliklər.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.