Show

09 Fevral

PASHA Insurance işçi axtarır – VAKANSİYA

PASHA İnsurance Risklərin monitorinqi və araşdırılması üzrə kiçik mütəxəssis vəzifəsinə işçi axtarır.

Vakansiya ilə bağlı Sığorta şirkətindən Fins.Az-a verilən məlumata görə, öhdəliklər və tələblər təqdim olunub.

Vəzifə və öhdəliklər:

  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
  • Risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi;
  • Risk skorinq modellərinin hazırlanmasında iştirak etmək;
  • Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;

Tələblər:

  • İqtisadi sahədə ali təhsil (Statistika və Riyazi maliyyəyə üstünlük verilir);
  • Rus və İngilis dilləri arzu olunandır;
  • Yaxşı səviyyədə Microsoft Office proqramları;

Bacarıqlar:

  • Mükəmməl şifahi və yazılı ünsiyyət;
  • Məntiqi və analitik düşüncə;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.
  • Təqdimat bacarıqları;
  • Komanda daxilində işləmək bacarığı;
  • Stresə davamlılıq;
  • Təşəbbüskarlıq;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətlilik.

Son müraciət tarixi: 20 fevral, 2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] bu adresə göndərin.

Rəvanə Sərdarova

Fins.az