Golden Pay Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis vəzifəsinə işçi axtarır.
Vakansiya ilə bağlı şirkətdən Fins.Az-a verilən məlumata görə, öhdəliklər və tələblər təqdim olunub.
Hesabat verir: Məhsul komandasının rəhbəri.
Əmək haqqı: 600
İş Qrafiki: 1-5günlər; 09:00-18:00
Vəzifə öhdəlikləri:
- Hazırlanmış məhsulların keyfiyyətinə nəzarət;
- Yeni və mövcud məhsullar üçün test proseslərini hazırlayıb tətbiq etmək;
- Məhsulların analizi, keyfiyyətin yoxlanması və xətaların aradan qaldırılması;
- Manual testləri icra etmək
- Test keys və Test planını hazırlamaq
- İstifadədəki sistemlər üçün maksimum istifadəni və müştəri məmnuniyyətini təmin etmək üçün istifadəçi tələblərini müəyyənləşdirmək və inkişaf etdirmək;
- İstifadəçi Qəbulu testləri və həyat dövrü idarəetmə fəaliyyətlərini yerinə yetirmək, zəruri dəyişiklik tələbləri və səhv düzəltmə tələblərinin prioritetləşdirilməsi və mühəndis qruplarına bildirilməsi
- Birbaşa rəhbəri tərəfindən təyin edilmiş şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil (komputer elmləri və ya ixtisaslar);
- Öyrənməyə həvəsli olmaq;
- Riyazi düşüncə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Detallara qarşı diqqətli olmaq
- İş təcrübəsi üstünlükdür
- İngilis dili biliyi üstünlükdür
Müraciətlər Ünvanlanmalıdır:
İnsan Resursları üzrə menecer:Poladova Nərminə Ələnur qızı
[email protected], [email protected]
Rəvanə Sərdarova
Fins.az