Mətanət A Layihə kordinatoru vəzifəsinə işçi axtarır.
Vakansiya ilə bağlı şirkətdən Fins.Az-a verilən məlumata görə, öhdəliklər və tələblər təqdim olunub.
İşin təsviri:
- Ustaların qeydiyyatının aparılması və yeni ustaları cəlb etmə prosesini həyata keçirmək
- Ustalarla zənglərin həyata keçirilməsini təmin etmək;
- Layihə mərhələlərin planlaşdırmaq və idarə etmək;
- Xüsusi nümayəndələri iş prinsiplərini icra etmək və onları qiymətləndirmək;
- Facebook və instagram səhifələrinin idarəçiliyinə nəzarət etmək;
- Ustalar klubuna aid bonus kampaniyaları icra etmək;
- Klubun inkişafı üçün araşdırmalar etmək, yeni ideyalar təklif etmək;
- Bölgələr üzrə Xüsusi nümayəndələr ilə günlük əlaqə saxlamaq, təlimatlandırmaq, məlumatlar almaq, mövcud vəziyyəti və görülən işləri öyrənmək və Layihə rəhbərinə hesabat vermək;
- Xüsusi nümayəndələrin qeyd etdiyi məsələləri və problemləri həll etmək (ustalara məlumatın verilməsi, satış məsələləri və.s);
- Satış nümayəndələri ilə koordinasyalı şəkildə işləmək;
- Ustaların məlumatlarından ibarət bazada məlumatların düzgün yerləşdirilməsini, bölgələr üzrə bölüşdürülməsini təşkil etmək;
- Tədbirlərin təşkili və idarəçiliyinə dəstək vermək;
- Rayonlara ezamiyyət;
- Ustalar klubu Qaynar xətləri cavablanıdrmaq;
- Layihə ilə bağlı digər işləri icra etmək.
Tələblər:
- Ali təhsil (bakalavr);
- Qeyd olunan vəzifədə iş təcrübəsi (minimum 1 il)
- Layihə menecmenti, tədbir təşkilatçılığı, marketinq üzrə təcrübəsi olan;
- MS Office proqramlarında işləmə bacarığı;
Şəxsi keyfiyyətləri:
- Marketinq, biznesin inkişafı, araşdırma sahələri üzrə həvəsli;
- İdarəetmə qabiliyyəti olan;
- Təqdimat bacarıqları yüksək;
- Ünsiyyət qabiliyyəti yüksək.
- Xoşagələn xarici görünüş;
- İnkişafa meyilli olmalı;
- Kollektivlə işləməyi bacarmalı;
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün (Bazarertəsi – Cümə);
- İş saatı: 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
- Peşəkar inkişaf və irəliləyiş;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] mail adresinə göndərin.
Rəvanə Sərdarova
Fins.az