Show

07 Fevral

“Bank Respublika” Bakı – Abşeron rayonu üzrə VAKANSİYA

“Bank Respublika” ASC Bakı – Abşeron rayonu üzrə Korporativ satış təmsilçisi vəzifəsi üzrə vakansiyalar elan edir.

Vakansiya ilə bağlı bankdan Fins.Az-a verilən məlumata görə, öhdəliklər və tələblər təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

• Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
• Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
• Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Satış sahəsində 2 illik iş təcrübəsi (Bank sektorunda əməliyyat və kredit sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir);
• Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
• Hesabatlılığın aparılması bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 fevral 2022-ci il tarixinədək emailin mövzu hissəsində Korporativ satış təmsilçisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəvanə Sərdərova
Fins.Az