Show

01 Fevral

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi işçi axtarır – VAKANSİYA

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Mobile developer vəzifəsinə işçi axtarır.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:

  • informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • karyera irəliləyişlərində yaradılan imkanlar;
  • daxili və xarici təlimlərdə iştirak;  
  • beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
  • mərkəzdaxili aktiv sosial həyat.

Vəzifə funksiyaları:

  • Android/İOS platformaları üçün yüksək səviyyəli proqramların yaradılması;
  • tələb olunan proqramın vizual elementlərini yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
  • qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak etməklə proqramın iş prinsipinin müəyyən edilməsi;
  • verilənlər bazası, kitabxanalar və APİ-lar ilə iş görülməsi, həmçinin sürət, keyfiyyət və stabillik üçün testlərin təşkili;
  • dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
  • fəaliyyət istiqaməti üzrə istənilən maneələrin aradan qaldırılması, habeləçətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
  • sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla, mühəndislik işlərinin təmin edilməsi;
  • fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələrin yerinə yetirilməsi.

Vəzifənin tutulmasına dair tələblər:

  • ali təhsil (texniki təhsil arzuolunandır);
  • ingilis dili bilikləri (texniki səviyyədə);
  • vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
  • React Native ilə mobil tətbiqlərin corss platformalarda proqramlaşdırılması (İOS/Android);
  • Google Android  və ya Apple İOS işləmə prinsipi üzrə biliklər;
  • “Mobile Development Life Cycle” üzrə biliklər;
  • RESTful API daxil olmaqla infrastruktur biliyi;
  • verilənlərin strukturu və alqoritm biliyi.

Üstünlük göstəriciləri:

  • Kotlin/Java və ya Swift bilikləri;
  • AppStore/Play Store'da minimum 1 tətbiq yükləmiş olması;
  • Proqram təhlükəsizliyi, testlər üzrə bilik;
  • Səliqəli və anlaşılan kod yazmaq bacarığı;

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • məsuliyyətlilik;
  • etibarlılıq və dürüstlük;
  • inkişafa yönümlü və innovativlik;
  • operativlik və çeviklik;
  • təşəbbüskarlıq;
  • nəticəyə hədəfli;
  • komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Mobile developer” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.