Aztelecom Biznesin təhlili və bazar araşdırması şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis fəaliyyətini Marketinqin idarəedilməsi prosesi eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
- Məlumatların təhlil edilməsi və müxtəlif hesabatların hazırlanmasında iştirak edilməsi;
- Rəhbərliklə birgə satış planının hazırlanmasında iştirak etmək və məlumatların satış komandalarına ötürülməsi;
- Strateji və kommersiya planlaşdırmalarında iştirak edilməsi;
- Kommersiya planı üzrə reportun hazırlanması və analitikasının aparılması;
- Dövri hesabat infrastrukturunun yaradılması, icrası, saxlanılması və təkmilləşdirilməsi;
- Abunəçidən əldə olunan gəlir, istifadə və ARPU (İstifadəçi başına orta gəlir) baxımından hər bir kompaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi;
- Hesabatların keyfiyyətinin yüksəldilməsi, yeni təqdimat formatlarının və ümumi hesabatların avtomatlaşdırılması üçün həllərin hazırlanması;
- Şirkətin ümumi nailiyyətləri haqqında həftəlik/aylıq yeniliklərin təmin edilməsi;
- Departamentin digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərilməsi;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər və bacarıqlar:
Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis vəzifəsinə alınan şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
- İqtisadiyyat, İnformatika, Maliyyə, Statistika, Menecment, Tətbiqi riyaziyyat sahəsində ali təhsil;
- Telekommunikasiya, FMCG və maliyyə sektorlarında hesabatların təhlili və proqnozlaşdırılması üzrə 1 illik təcrübə;
- Real iş mühitində tətbiq edilmiş analitik düşüncə bacarığı
- SQL və R üzrə peşəkar işləmə bacarığı, Python üzrə biliklər arzuolunandır
- Verilənlər bazası ilə işləmək bacarığı
- Power BI və Excel üzrə peşəkar işləmə bacarığı
- Yüksək təqdimat və prezentasiya hazırlama bacarığı (Power Point üzrə)
- Azərbaycan və ingilis dillərini bilməlidir, rus dili arzuolunandı;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
- Müasir Telekommunikasiya trendlərini bilməlidir;
- Nəticə yönümlü olmalıdır;
- Stress və gərgin iş şəraitinda çalışma bacarıqlarına malik olmalıdır;
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin təhlili və bazar araşdırması üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır