AzRe Təkrarsığorta Data analitik vəzifəsinə işçi axtarır.
Namizədə aid tələblər:
- Ali təhsil: Riyaziyyat, İqtisadiyyat, Statistika, Biznesin idarə edilməsi, Komputer Elmləri və ya Kibernetika sahəsində bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı/əla) və Rus (arzu olunan).
- Kompüter bilikləri: MS Office proqramlarında (Excel yüksək səviyədə) işləmək bacarığı, Python/R və ya SQL proqramlaşdırma dillərində, Power BI və ya digər vizuallaşdırma vasitələri ilə iş təcrübəsi.
- Verilənlərin analitikası, verilənlər bazaları, statistik modelləşdirmə üzrə biliklər.
- Digər: Riyazi düşünmə, alqoritm qurma, məlumatların təhlili və komandada işləmək bacarığı.
- Üstünlüklər: Sahə üzrə iş təcrübəsi, aktuar sahədə biliklər.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Statistik və analitik hesabatların hesabatların hazırlanması.
- Məlumatların emalı, aktuar modellərin qurulması
- Risklərin müəyyən edillərək idarə olunması prosesində iştirak.
- Müvafiq araşdırma, tədqiqat, təhlil işlərinin aparılmasında iştirak.
- Rəhbərlik tərəfindən tapşırılan digər vəzifələri həyata keçirmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- Könüllü tibbi sığorta.
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.
Məlumatlandırıcı qeydlər:
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Data analitik) yazmaqla CV-ni [email protected] elektron poçt ünvanına göndərsinlər.