Show

30 Yanvar

Baku Electronics işçi axtarır – VAKANSİYA

Baku Electronics Xəzinədar (Hökməli) vəzifəsinə işçi axtarır.

Xüsusi tələblər:

  • Ali və ya orta ixtisas təhsil;
  • Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
  • Riyazi biliklərə malik olmaq;
  • Yüksək dəqiqlik və məsuliyyət;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
  • Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
  • Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar (Hökməli)” vəzifə adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.