PASHA Life Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 06.02.2023-cü il
Vəzifə Öhdəlikləri:
- İnvestisiya portfelinin və digər aktivlərin təhlil edilməsi yolu ilə kredit, bazar və likvidlik risklərinin aşkarlanması, ölçülməsi və nəzarətdə saxlanılması;
- Kredit, bazar və likvidlik riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
- Aktiv və öhdəliklərin müxtəlif meyarlar (valyuta, durasiya, faiz və s.) əsasında uzlaşdırılması və immunizasiyası;
- İqtisadiyyatda mövcud və potensial dəyişikliklərin araşdırılması, stress-testlərin aparılması (Solvency II) və şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili;
- Kredit, bazar və likvidlik riskləri üzrə Risk İştahı Bəyənnaməsi və/və ya digər normativ sənədlər ilə müəyyən edilmiş limitlərə nəzarət edilməsi;
- IFRS 9 standartlarına uyğun olaraq hesablanan ehtiyatların monitorinqi
- Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Risk/Maliyyə (maliyyə analitikası), İnvestisiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi tələb olunur.
- Dil bilikləri: İngilis dili:əla, Azərbaycan dili: əla.
- Üstünlüklər: Risklərin idarə edilməsi sahəsində iş təcrübəsinin olması, CFA I/FRM I sertifikatları, SQL proqramlaşdırma dili.
- Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla , MS PowerPoint: əla, MS Outlook: əla.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Uyğun namizədlər keçiddən istifadə edərək müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.