Show

30 Yanvar

Azərpoçt işçi axtarır – VAKANSİYA

Azərpoçt Metodologiya üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Biznes Proseslər üzrə metodoloji bazanın təkminləşdirilməsi: 
  • Müştəri xidmətlərini və məhsullarını/əməliyyatlarını optimallaşdırmaq, Filialların yükünü azaltmaq məqsədi ilə proseslərin/əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması üzrə işlər aparmaq; 
  • Mövcud biznes proseslərin təkminləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanması; 
  • Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə/əməliyyatlarda/ məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili; 
  • Proseslər və Məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi; 
  • Biznes proseslər üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydalar üzrə metodoloji bazanın təkminləşdirilməsi və yenilənməsi; 
  • Sənədlərin / daxili reqlamentlərin yoxlanması və standartlaşdırılması 

Namizədə dair tələblər:

  • Ali təhsil; 
  • Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi  
  • Prosedurların və daxili normativ qaydaların yaradılması və yazılması üzrə təcrübə; 
  • Mükəmməl yazılı və şifahi ünsiyyət vərdişləri; 
  • Dəyişiklikləri qəbul etmək bacarığı, yeni biliklər əldə etməyə hazırlıq; 
  • Azərbaycan, rus və ingilis dillərini bilmək.

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Metodologiya üzrə mütəxəssis” başlığı ilə [email protected] mail adresinə göndərə bilərlər.