“Kapital Bank” ASC namizədləri Biznes kreditlərin anderraytinqi departamentinin Korporativ kreditlərin təhlili şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Koporativ müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
- Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatları aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəlikləri strukturlaşdırmaq, onlar barədə rəylər vermək;
- Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
- Risklərin düzgün qiymətləndirmək və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.
Tələblər
- Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
- Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
- Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
- CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
- Komputer bilikləri (MS Office, Internet);
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
- Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
- Məsuliyyətlilik və dəqiqlik;
- Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
- Bank qanunvericiliyini bilmək.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.