Show

27 Yanvar

Kapital Bank işçi axtarır – VAKANSİYA

“Kapital Bank” ASC namizədləri Biznes kreditlərin anderraytinqi departamentində Qiymətli Kağızların təhlili üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Xarici Qiymətli Kağızlar bazarında emissiya edən qlobal şirkətlərin kredit riskinin müəyyən edilməsi üçün təhlillərin və araşdırmaların aparılması;
  • Aparılan araşdırmalar və təhlillər əsasında potensial investisiyalar üzrə müvafiq rəyin (alış/satış/saxlanılma) verilməsi;
  • Maliyyə bazarlarında baş verən tendensiyaların müşahidə edilməsi və mövcud investisiya portfelinin kredit riskinə təsirinin müəyyənləşdirilməsi;
  • Qiymətli kağızların alğı-satqısı üzrə həyata keçirilən əqdlərin daxili qaydalara əsasən yoxlanılması və təsdiqlənməsi;
  • İnvestisiya portfelinin inkişafı üzrə Bankın İnvestisiya Şöbəsinə dəstəyin verilməsi və s.

Tələblər

  • Ali təhsil (maliyyə/ iqtisadi);
  • Bloomberg Market Concept sertifikatının olması arzuolunandır;
  • CFA və ya FRM sahəsində nailiyyətlər arzuolunandır;
  • Qiymətli Kağızlar bazarına dair məlumatın olması;
  • Araşdırma və analitik düşünmə bacarığı;
  • Qərarvermə və kollektiv mühitdə işləmə qabiliyyəti;
  • Bloomberg terminalı ilə tanışlıq;
  • Təqdimatların hazırlanması;
  • Bu səhədə iş təcrübəsinin olması arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.