Show

12 Yanvar

Kapital Bank işçi axtarır – VAKANSİYA

Ümumi məlumat

“Kapital Bank” ASC namizədləri Kredit andrraytinqi departamentinin Kredit inzibatçılığı şöbəsində mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

Kredit Komitəsində müsbət rəy verilmiş və rəsmiləşdirilmiş kreditlərin kredit dosyesi üzrə sənədlərinin (girov/ipoteka qismində rəsmiləşdirilmiş sənədlər) tam və düzgün tərtib edilməsinin yoxlanılması və məlumatların bank əməliyyatları sistemində düzgün yaradılmasına nəzarət etmək;

Komitə tərəfindən qəbul edilən şərtlərə nəzarət etmək və dosyelərin saxlanılmasını təmin etmək;

Kredit sənədləri toplusunun dövriyyəsinə nəzarət etmək;

Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

Ali iqtisadi təhsil;

Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;

MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;

Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);

Yüksək ünsiyyətqurma qabiliyyəti;

Məsuliyyətlilik, operativlik;

Komanda tərkibində işləmə qabiliyyəti.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.