Metak Daxili nəzarət və risklər üzrə kiçik mütəxəssis vəzifəsinə işçi axtarır.
Tələblər:
- Biznes və istehsal prosesləri ilə bağlı risklərin müəyyən edilməsində iştirak etmək;
- Əsas risk indikatorlarına dair məlumatları toplamaq və analizləri həyata keçirmək;
- Şirkətin daxili risklərinə və onların qabaqlayıcı tətbirlərinə dair modellərin hazırlanmasında dəstək olmaq;
- Risklərin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak etmək;
- Risklərin idarə edilməsi prosesində lazımi hesabatları tərtib etmək;
- Planlaşdırılmış audit prosedurlarını yerinə yetirmək;
- Məlumatları və əlavə sənədləri araşdıraraq daxili nəzarət mexanizmlərini yoxlamaq;
- Böyük həcmli məlumatları təhlil etmək bacarığını nümayiş etdirmək və analitik hesablama metodları ilə tanış olmaq;
- Anbar sayım prosesində iştirak etmək.
Bacarıqlar:
- Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat).
- Aidiyyəti istiqamət üzrə təcrübə.
- Böyük həcmli məlumatlar ilə işləmək bacarığı (excel, power bi).
- Mühasibat uçotu prinsipləri ilə tanış olmaq.
- Öyrənməyə həvəsli olmaq.
- Müstəqil işləməyi bacarmaq.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi.
- Nahar şirkət tərəfindən təmin olunur.
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq 20.01.2023– ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.