Zeytun Pharmaceuticals Mal ehtiyatına nəzarət üzrə mütəxəssis (Gəncə şəhəri) vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Anbarın mal ehtiyatına nəzarət etmək;
- Anbar məhsullarının hərəkəti üzrə hesabatların hazırlanması;
- Anbar mal qalığına və malların son istifadə tarixlərinə nəzarət etmək;
- Anbarda hər hansı çeşid üzrə mal ehtiyyatı azaldığı təqdirdə aidiyyəti struktur bölmələri məlumatlandırmaq;
- Anbar prosedurlarına və bu prosedur zamanı sənədləşmənin düzgün aparılmasına nəzarət;
- Satış və çatdırılma şöbəsinin proqnozuna uyğun olaraq anbarları mal ehtiyyatı ilə təmin etmək;
- Əmək funksiyalarını icra etmək məqsədi ilə digər müvafiq struktur bölmələrlə sıx əməkdaşlıq etmək;
- Müvafiq hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahəsində 3 il iş stajı;
- Yuksək analitik və problemlərin həll etmə bacarıqları;
- Komanda ilə işləmə və rəhbərlik etmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili səlist, xarici dil bilikləri olanlara üstünlük verilir;
- MS Office proqramlarının (Word,Excel,)
- 1C programı üzrə mükəmməl bilik səviyyəsi;
İş şəraiti:
- Karyera yüksəlişi imkanı;
- Əmək haqqı danışıq əsasında təyin olunacaq.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.