Kontakt Home Yeni açılan Kosmetika və Baxım mağazalar şəbəkəsində Mağaza idarəedilməsi üzrə icraçı (Müavin) vakansiyası elan edilir.
Vəzifə öhdəlikləri:
- Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
- Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifədə ən azı 1 il təcrübə;
- Səlis Azərbaycan dili, Rus dili biliyi arzu olunandır;
- Kompüter bilikləri (MS Office);
- 1C proqramı ilə işləmə bacarığı arzu olunandır;
- Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
- Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş günləri: 6 iş günü, 1 gün istirahət.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.