Show

15 Dekabr

Nar işçi axtarır – VAKANSİYA

Nar Marketinq kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında:

Funksiya: Marketinq
İş qrafiki: Standart
Son müraciət tarixi: 20.12.2022

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Marketinq ünsiyyət vasitələri strategiyasının və yol xəritəsinin hazırlanması, düzgün və vaxtında icrasının təmin edilməsi.
  • Şirkət strategiyasına uyğun olaraq brendin mövqeyinin düzgün icrasının təmin edilməsi və vizual olaraq tənzimlənməsi prosesinin idarəedilməsi.
  • Kommunikasiyanın effektivliyinin təhlil edilməsi, kreativlik və media sərmayəsi baxımından inkişaf sahələrinin müəyyən edilməsi.
  • Büdcəyə uyğun xərclərin planlaşdırılması, proqnozlaşdırılması və bölüşdürülməsi.
  • Strateji istiqamətlərin müəyyən edilməsi, brendin gələcəyə baxışının kommunikasiya olunması və effektiv kampaniyaların yaradılması ilə əlaqədar kreativ agentliklərlə əməkdaşlıq edilməsi.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Marketinq, Menecment və ya Biznes Administrasiyası üzrə Ali təhsil
  • Marketinq ünsiyyət vasitələri və ya əlaqəli sahəsində 4-5 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur)
  • Komanda idarəetmə üzrə 2 il təcrübə

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Müştəri yönümlü
  • Bütövlük
  • Kreativlik
  • Nəticə yönümlü
  • Strukturlu və metodoloji düşünmə qabiliyyəti
  • Layihələri idarə etmə bacarığı
  • Komanda işi və əməkdaşlıq
  • Yüksək dəqiqlik və detallara diqqət yetirmə
  • Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili əlavə üstünlükdür)

Müraciət etmək üçün:

CV-nizi [email protected]  e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Marketinq ünsiyyət vasitələri üzrə bölmə rəhbəri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.