AZZA Cake House Yanğın təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Tələblər:
- Yanğın təhlükəsizliyi üzrə xüsusi təhsil.
- 5 ildən yuxarı yanğın təhlükəsizliyi sahəsində iş təcrübəsi.
- Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının müvafiq qanunlarını bilməlidir.
- İşçilər tərəfindən yanğın təhlükəsizliyi qaydalarına düzgün əməl edilməsinə nəzarət,təlim məşğələlərinin keçirilməsi və iş yerlərində işçilərin maarifləndirilməsi metodlarını bilməlidir.
- Yanğın təhlükəsizliyi sahəsində yerli və beynəlxalq qaydaların inteqrasiya olunması üsullarını bilməlidir.
İş barədə məlumat:
- Beş günlük iş rejimi
- Rəsmi qeydiyyat
- Nahar yeməyi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adı "Yanğın təhlükəsizliyi üzrə mütəxəssis" qeyd olunmaqla, göndərə bilərlər.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.