Show

08 Dekabr

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC Problemli kreditlər üzrə operator vakansiyasını elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Gecikmədə olan kredit portfelləri üzrə müştərilərlə əlaqə yaradılması;
  • Problemli kredit portfelləri ilə əlaqədar zəruri hesabatların hazırlanması;
  • Problemli kredit portfelləri ilə əlaqədar sənədləşmə işlərinin təşkili.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  •  Aidiyyati sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  •  Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 dekabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Problemli kreditlər üzrə operator qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.