Express Bank Satış və keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Təsvir:
- Bazar araşdırmaları və təhlilinin aparılması, qiymət siyasətinin formalaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün yeni təkliflərin verilməsi.
- Mövcud partnyorlar və müştərilərlə daimi əlaqə saxlamaq, bankdaxili qaydalarda baş verən yeniliklərlə bağlı onları məlumatlandırmaq.
- Yeni müştərilərin cəlb edilməsi prosesinin təşkil edilməsi.
- Yeni və mövcud müştərilərə şirkətin xidmət və məhsulları haqqında məlumatların verilməsi.
- Məhsul satışı üzrə planın yerinə yetirilməsi, müştəri bazasının formalaşdırılması.
- Mənfəət və səmərəliliyin artırılması, satışın həcminin çoxaldılması üçün lazımi tədbirlərin zamanında görülməsi.
- Müqavilənin tərtibi və icrası zamanı qarşılıqlı şərtlərin nəzərə alınması, müştəri maraqlarına riayət olunmasının təmin edilməsi
- Şöbə müdiri tərəfindən verilmiş digər tapşırıqların icra edir.
Tələblər:
- Təhsil: Ali təhsil
- Dillər: Azərbaycan, Rus və İngilis dilləri
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.