Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Tətbiq və veb sayt tələblərini müəyyən etmək üçün texnologiya menecerləri ilə görüşlərdə iştirak edilməsi;
- Sistem tələblərinin təhlili və inkişaf tapşırıqlarının verilməsi;
- Texniki spesifikasiyaların hazırlanması;
- .NET proqram təminatı üçün miqyaslı kodun yazılması;
- .NET proqramlarının nəzərdən keçirilməsi və sazlanması;
- Gənc tərtibatçılara dəstək verilməsi;
- Funksional vebsaytların, proqramların və tətbiqlərin yerləşdirilməsi;
- Proqram təminatının və tətbiqlərin əməliyyat prosedurlarının hazırlanması.
Tələblər:
- Ali təhsil (Kompüter elmləri və ya informasiya texnologiyaları sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- C#, Visual Basic.NET, C++/CLI, J# və JScript.NET daxil olmaqla .NET dilləri üzrə biliklər;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Yüksək səviyyədə problem həll etmə bacarıqları.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.